Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə qurumu «SOCAR-Turkey» şirkəti İzmir şəhərinin Əliağa vilayətində yerləşən «Star» neft emalı zavodunun inşası layihəsində iştirak payını artırır.
Türkiyə mətbuatının verdiyi məlumata görə, artıq Türkiyənin «Turcas Grupu»na məxsus «Turcas Rafineri Yatırımları»nın törəmə qurumu olan «Turcas Petrol» şirkəti bu layihədəki bütün payının satılması ilə bağlı «SOCAR-Turkey» ilə danışıqlara başlayıb.
Qeyd edək ki, «Turcas Grupu» bundan öncə «Star» neft emalı zavodunda sahib olduğu 18,5%-nin 13,5%-ni Azərbaycan şirkətinə satacağını açıqlayıb. Daha sonra SOCAR bu hissələrin hamısını əldə etməkdə maraqlı olduğunu açıqlamışdı.
Xatırladaq ki, «SOCAR-Turkey» İzmirin Əliağa vilayətində tikilməkdə olan «Star» neft emalı zavodunda ildə 10 mln. ton neft məhsulları istehsal edəcək. Hazırda «Rafineri Holding A.Ş.» neft emalı zavodunun səhmlərinin 41,5%-nə sahibdir, 18,5% səhm «Turcas Grup»a, 40%-i isə ARDNŞ-ə məxsusdur.
.