Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin növbəti toplantısının bu ilin fevral-mart aylarında keçirilməsi planlaşdırılır.
APA-nın «Anadolu» agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iranlı həmkarı Məhəmməd Cavad Zərifi ilə birgə İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.
Türkiyəli nazir qeyd edib ki, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın yanvarın sonunda Tehrana səfər edəcəyi gözlənilir.
Xatırladaq ki, Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin ilk toplantısı Urmiyada (İran), ikincisi isə Naxçıvanda keçirilib. Bir neçə dəfə təxirə salınan növbəti görüşün isə Türkiyədə keçiriləcəyi gözlənilir.
.
