"Bizim missiyamız türk bölmələri ilə birlikdə Əfqanıstan İslam Respublikasında Kabil Beynəlxalq Hava Limanının mühafizəsini və müdafiəsini təşkil etmək idi".

Bunu  Azərbaycanın Əfqanıstanda xidmət edən sülhməramlı kontingentinin tağım komandiri, gizir Sahil Həşimov deyib.

O bildirib ki, Azərbaycan hərbi qulluqçular hava limanında mülki şəxslərin təxliyəsini təşkil və təmin edib: "Eyni zamanda mülki şəxsləri humanitar yardımla - yeməklə, su ilə təmin edirdik”.

A. Həşimov Azərbaycan Ordusunda qulluq etməsindən qürur duyduğunu qeyd edib.

.