
Bu il ərzində Azərbaycandan Rusiyaya Dağıstan ərazisi vasitəsilə 160 min tona yaxın meyvə-tərəvəz aparılıb.
Virtualaz.org saytı "RİA-Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti məlumat yayıb. Xidmətin bildirdiyinə görə, Azərbaycandan Rusiyaya ən çox kartof və qoz-fındıq məhsulları gətirilir.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Bakıya işgüzar səfəri zamanı Azərbaycan və Rusiya arasında ərzaq tədarükü sahəsində münasibətlərin bundan sonra da güclənəcəyi bəyan edilib.
"Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar ərzaq tədarükü sahəsində Azərbaycanla Rusiya arasında yeni imkanlar açdı. Azərbaycan həmişə bizim bazara artıq böyük həcmdə tərəvəz, meyvə, ət ixrac edib. Amma bu gün bizim əlavə ərzaq idxalına ehtiyacımız var və bu barədə rəsmi Bakı ilə razılığa gəlmişik” - deyə Valentina Matviyenko bildirib.
.