Azərbaycan Respublikası və Rusiya Federasiyasının sərhədində avtomobillərin uzun növbəsi yaranıb.
Samur gömrük məntəqəsinin rəisi Hüseyn Mənsimov APA-ya bildirib ki, hazırda gömrükdə 150-dən çox avtomobil qarşı tərəfə keçmək üçün növbə gözləyir. O deyib ki, növbənin yaranmasına səbəb Gürcüstan-Rusiya sərhədindəki problemdir: "Rusiyadan Gürcüstana və əks istiqamətində hərəkət olmadığından bütün avtomobillər Azərbaycan ərazisi ilə sərhədi keçməyə məcbur olurlar”.
Samur gömrük məntəqəsinin rəisi yaranan növbələrin aradan qaldırılması üçün Rusiya tərəfi ilə danışıqlar aparıldığını söyləyib.
.