Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 478,3 kq qızıl, 776,6 kq gümüş istehsal edilib.

Bu barədə Yenizaman Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 81,4 %, gümüş istehsalı isə 36,8 % artıb.

Ötən 2 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 356,3 ton olub ki, bu da bir il öncəki göstəricidən 11,1 dəfə çoxdur.

Bu ilin martın 1-nə olan məlumata görə, ölkədə 160,4 kq qızıl, 668,9 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 234,5 ton təşkil edib.

.