Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının ilk iclası çərçivəsində sənədlər imzalanıb.

İmzalanmış sənədlər bunlardır:

- Azərbaycan Respublikasının Mingəçevir şəhəri ilə Qazaxıstan Respublikasının Uralsk şəhəri arasında əməkdaşlıq haqqında Memorandum;

- Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum;

- Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;

- Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Qazaxıstan Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş;

- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qazaxıstanın "“QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” arasında Anlaşma Memorandum;

- “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi", Vəliyev Nahid Abbas oğlu “Tayqa Trade” və “Maslo-Del” MMC arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;

- “"QazTrade" Ticarət Siyasətinin İnkişafı Mərkəzi”, "Cool İnfinity" və "Foodcity Alliance" arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;

- “KTZ Express Hong Kong Limited” MMC və “ADY Container” MMC arasında Tərəfdaşlıq Sazişi.

***

Avqustun 24-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

.