
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Qazaxıstanın “KazMunayQaz” (KMG), Rusiyanın “Tatneft” və Özbəkistanın “Uzbeknefteqaz” şirkəti dekarbonizasiya və dayanıqlı təşəbbüslər sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Bu barədə KMG-nin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Astanada "Davamlı inkişaf: dekarbonizasiyaya doğru birgə addımlar" adlı Beynəlxalq konfrans keçirilib. Tədbirdə “KazMunayQaz” (KMG) şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, "Tatneft"in baş direktoru Nail Maqanov və "Uzbeknefteqaz"ın İdarə Heyətinin sədri Baxodirjon Sidikov iştirak ediblər.
Konfransın yekununda şirkətlərin rəhbərləri sözügedən sazişi imzalayıblar.
Sənəd ekoloji cəhətdən təhlükəsiz texnologiyalar və "yaşıl layihələr”in həyata keçirilməsi sahəsində təcrübə mübadiləsini nəzərdə tutur. Bu isə öz növbəsində şirkətlərə dünya enerji bazarlarında iqlim təşəbbüslərini təşviq etməyə imkan verəcək.