Bu ilin yanvar-iyul aylarında Azərbaycan 10,4 mlrd. kubmetr qaz ixrac edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35% çoxdur.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 mlrd. kubmetr, Avropaya təqribən 4 mlrd. kub metr, Gürcüstana isə 1,1 mlrd. kub metr qaz ixrac edilib.

Məlumata görə, hesabat dövründə “Bakı-Tbilisi-Ceyhan” boru kəməri sisteminə 58,4 mln. kub metr qaz verilib.
 

.