Azərbaycanın Qafan-Çakaten yolunda nəzarət-buraxılış məntəqəsi yaratması gözlənilir.

Yolun Azərbaycan ərazisindən keçən hissəsində yaradılacaq məntəqə gömrük və sərhəd xidməti nəzarəti həyata keçirəcək.

Nəzarət-buraxılış məntəqəsinin noyabrın 15-dən yaradılması gözlənilir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti də noyabrın 15-dən Azərbaycanın Qafan şəhərindən Çakaten kəndinə gedən yolda nəzarət-buraxılış məntəqəsi yaradacağını açıqlayıb.

Qeyd edək ki, Azərbaycan noyabrın 11-də Qafan-Gorus avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində də nəzarət-buraxılış məntəqəsi yaradıb.

.