
Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək.
Bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, dəmir və avtomobil yolları ilə daşımalara gəldikdə, burada söhbət təkcə Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsindən getmir, bunun beynəlxalq daşımalar baxımından mənası var.
Azərbaycan üçün Özbəkistanın dəstəyi həmişə dəyərli olub
Qarabağın bərpasına ilk töhfənin Özbəkistandan gəldiyini nəzərə alsaq, Azərbaycan üçün Özbəkistandan gələn dəstək həmişə çox dəyərli olub.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə bildirib.