Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Nişanı ilə təltif edilib.

APA-nın xəbərinə görə, bu gün İstanbulda Türk Şurası dövlət başçılarının VIII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dünyasının Ali Nişanını Azərbaycan dövlət başçısına təqdim edib.

Ərdoğan Azərbaycan Prezidentinə Türk Dünyasının Ali Nişanının təqdim etməkdən qürur duyduğunu bildirib.

Eyni zamanda, Türk Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçib, Türkiyə təşkilatın sədri elan edilib.

Qeyd edək ki, Azərbaycan 2019-2021-ci illərdə Türk Şurasına sədrlik edib.

.