“Müharibədən və Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən 1 il keçir. Münaqişədən sonrakı dövr ümumilikdə sakit məcrada keçir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı bildirib.

“Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Azərbaycan Ermənistan ilə münaqişəni hərbi-siyasi yolla həll etdi”, - dövlət başçısı deyib.

O, ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatla münaqişəyə son qoyulduğunu xatırladıb.

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatların dayandırılmasındakı rolunu xüsusilə vurğulayıb və bunun hər iki tərəfdən çoxsaylı insan itkilərinin qarşısını aldığını söyləyib.

İlham Əliyev: "Azərbaycan qalib ölkə olaraq Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazırdır"

"Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyası üzrə Ermənistan ilə danışıqlara başlamağa hazırdır".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasından çıxışı zamanı bildirib.

“Müharibə və münaqişə tarixdə qaldı. Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyası və sülh razılaşması üzrə Ermənistan ilə danışıqlara başlamağa hazırıq. Qalib ölkə olaraq Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Ümid edirik ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən qaçırmayacaq”, - dövlət başçısı deyib.

.