“Qəhrəman Azərbaycan əsgəri öz gücünü göstərdi bütün dünyaya. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrində, ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir”.

Bunu Prezident İlham Əliyev Qubadlı rayonuna səfəri zamanı Xanlıq qəsəbəsində çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, bu bir yenilikdir, XXI əsrın müharibəsidir: “Həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etdik”.

Dövlət başçısı: “Daha bəsdir, özümüz yaşayacağıq öz evlərimizdə”

“Birinci Ağalı kəndi. Bura da dağıdılıb. Amma bəzi evlər qalıb. Ermənilər bizim evlərimizdə yaşayıblar. Daha bəsdir, özümüz yaşayacağıq öz evlərimizdə. Onlar da getsinlər öz vətənlərində yaşasınlar”.

Bunu Prezident İlham Əliyev Zəngilan rayonunun Birinci Ağalı kəndinə səfəri zamanı deyib.

.