Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.

Вövlətimizin başçısı Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub.

İlham Əliyev Füzuli-Ağdam avtomobil yolunun təməlini qoyub

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub.

“Azərişıq” ASC-nin Füzulidə Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməli qoyulub

Вövləti başçısı İlham Əliyev “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub.

İlham Əliyev və Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.

Səfərlə bağlı hazırlanan geniş reportaj oktyabrın 18-də təqdim olunacaq.
 

.