Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə komitənin aşağıdakı əməkdaşları təltif edilir:

2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə
Bağırov Şahin Soltan oğlu

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə
Vahabov Mirqasım Fazil oğlu
Zülfüqarov Ülvi Vaqif oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Abdullayev Abdulla Məhərrəm oğlu
Babayev Cavid Əli-Ağa oğlu
Babayeva Aida Adil qızı
İsmayılov Vahid Vaqif oğlu
Məmmədov Anar Niyaz oğlu
Mirzəyev Tural Etibar oğlu
Sucəddinov Elçin Mir Faiq oğlu
Süleymanov Hikmət Məzahim oğlu.



.