Bu gün biz beynəlxalq hüququn aliliyi haqqında müzakirə apardıq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamla mətbuata bəyanatında bildirib.

Prezident İlham Əliyev deyib ki, burada da fikir ayrılığı yoxdur: “Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı əsasında, beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar, sülh yolu ilə həll olunmalıdır”.

 Qoşulmama Hərəkatının daha sanballı təsisat kimi fəaliyyəti Azərbaycanın və Vyetnamın marağındadır

Biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisatda dörd il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında bildirib.

“Bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur”, - deyə dövlətimizin başçısı əlavə edib ki, bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında, beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır, bütün mübahisəli məsələlər danışıqlar, sülh yolu ilə həll olunmalıdır.

.