
Azərbaycan və ABŞ strateji tərəfdaşlıq yolunda irəliləyir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşdə bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, yaxın aylarda “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiya" hazırlanacaq:
“Bu, Azərbaycan üçün tarixi nailiyyətdir. ABŞ-la strateji tərəfdaşlıq münasibətləri çox böyük imkanlar yaratmaqla yanaşı, ciddi məsuliyyət də daşıyır. Bu format bir çox sahələri qarşılıqlı investisiyalar, ticarət, enerji, tranzit, süni zəka, müdafiə sahəsində mübadilə, terrorçuluğa qarşı mübarizə və digər istiqamətləri əhatə edir. Bütün bu sahələrdə böyük perspektivlər var. Buna görə də Azərbaycan üçün həm inkişaf, həm də iqtisadiyyatın şaxələndirilməsi baxımından geniş imkanlar açılır.”
.