Pauerliftinq üzrə Azərbaycan millisinin üzvü Talıb Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında iki medal qazanıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, idmançı +107 kq çəki dərəcəsində gənclərin yarışında 2 gümüş mükafata yiyələnib.

O, ən yaxşı nəticəyə (160 kq) və umümi çəkiyə (307 kq) görə buna nail olub.

.