
Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün dekabrın 2-də İsveçrənin Bazel şəhərinə səfərə gedəcək.
Parlamentdən APA – ya verilən məlumata görə, büro iclasında ABŞ, Ukrayna, Moldova, Bosniya və Herseqovinada keçirilmiş seçkilərin müşahidə olunmasının nəticələri, ATƏT PA-nın keçirəcəyi tədbirlər və başqa mövzularda fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində A. Quliyev ATƏT Parlament Assambleyasının Nazirlər Şurasının iclasına da qatılacaq.
Millət vəkili Sahibə Qafarova isə Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi üzrə alt komitəsinin iclasında iştirak etmək üçün dekabrın 2-də Parisə yola düşəcək. Tədbirdə Avropada dözümsüzlük və diskriminasiya ilə mübarizə və digər mövzularda müzakirələr aparılacaq. Səfər çərçivəsində S. Qafarova Londonda "Böyük Britaniyada qadınlara qarşı zorakılıqla mübarizə” mövzusunda keçiriləcək seminarda da iştirak edəcək.
.