Ötən il Azərbaycan İtaliyaya 6 754 416,21 min ABŞ dolları dəyərində 10 950 355,57 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb.

Yenizaman-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 1 081 932,85 min dollar dəyərində 1 770 234,87 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutur. Ötən il bu ölkəyə 873 398,61 min dollar 1 436 178,46 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.

Siyahıdan göründüyü kimi, hesabat dövründə 25 ölkəyə 14 437 355,99 min dollarlıq 23 596 132,23 ton neft ixrac edilib.

Azərbaycanın ötən il neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim edirik:

 

 

Ölkələr

Miqdar (ton)

Statistik dəyər

Cəmi

23 596 132.23

14 437 355.99

1.

İtaliya

10 950 355.57

6 754 416.21

2.

Çexiya

1 770 234.87

1 081 932.85

3.

Xorvatiya

1 436 178.46

873 398.61

4.

Hindistan

1 168 876.01

729 796.92

5.

Almaniya

1 164 752.04

726 014.74

6.

İsrail

1 173 002.75

713 268.03

7.

Portuqaliya

1 005 213.63

631 169.31

8.

Rumıniya

750 196.86

437 801.43

9.

Böyük Britaniya

659 515.53

396 129.55

10.

Tunis

446 158.56

279 670.09

11.

Tailand

376 876.12

234 238.66

12.

Türkiyə

430 522.14

232 411.46

13.

Yunanıstan

368 732.32

224 266.99

14.

İndoneziya

310 833.01

178 463.01

15.

Serbiya

241 179.61

151 905.17

16.

İspaniya

250 395.80

142 979.29

17.

İrlandiya

236 571.80

139 774.63

18.

Niderland

168 985.69

106 838.99

19.

Fransa

152 571.03

88 203.85

20.

Uruqvay

138 719.62

85 099.83

21.

Vyetnam

138 495.13

77 885.77

22.

Polşa

90 150.50

57 363.56

23.

Avstriya

85 868.91

47 903.69

24.

Bolqarıstan

80 853.09

45 989.25

25.

Özbəkistan

893.20

434.09

.