Azərbaycan ordusunun əsgəri hərbçi yoldaşını güllələyib. Yenizaman.az APA-ya istinadla verdiyi məlumata görə, hadisə ötən gün Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri, 20 yaşlı Balamirzə Ağababayevin tabeliyindəki avtomat silahdan açılan atəş onun əsgər yoldaşı, 20 yaşlı Fərid Baxşıyevə dəyib.
Bir güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
.