Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edib. Yerli neftin qiyməti aprel ayından bəri ilk dəfə 73 dolları ötüb.

 Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 1,28 ABŞ dolları və ya 1,77% artaraq 73,45 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin əvvəlki qiyməti isə 72,17 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Yerli neft aprel ayının 4-dən bəri ilk dəfə bu həftə 70 dollardan baha ticarət olunmağa başlayıb.

.