Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edib.

Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 4,19 ABŞ dolları və ya 5,7% artaraq 77,64 ABŞ dollarına bərabər olub.

Azərbaycan neftinin əvvəlki qiyməti 73,45 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

.