Bu yaxınlarda cəmiyyətə BP World Statistical Energy Review 2013 hesabatı təqdim edildi. Bir çox araşdırıcı və şirkətlər (1951-ci ildən dərc edilir – red) ondan istifadə edir.
Amma Azərbaycan üzrə göstəricilər Turan-a qəribə görünüb. ВР-nin məlumatına görə, 2013-cü ildə Azərbaycanda sutkada 931 min barrel neft və ya 46,2 mln ton neft çıxarılıb. Ötən illə müqayisədə hasilat sutkada 12 min barrel və ya 500 min ton artıb.
13 fevral 2014-cü ildə BP-Azerbaijan Azərbaycanda fəaliyyəti barədə hesabatda bildirdi ki, 2013-cü ildə AÇG çərçivəsində 32,2 mln ton neft (azalma 0,7 mln ton) çıxarılıb. "Şahdəniz”də kondensat hasilatı 2,4 mln ton (artım 0,48 mln ton) olub. Yəni maye karbohidrogen hasilatı ümumən 2013-cü ildə 220 min ton azalıb.
Azərbaycan neftinin 72%-i AÇG-də hasil edilir. "Şahdəniz”də kondensat hasilatı nəzərə alınmaqla ВР-nin Azərbaycanda neft hasilatında payı 76%-dir.
Dövlətstatkoma görə, 2013-cü ildə Azərbaycanda 43 mln 83 min 300 ton neft və kondensat hasil edilib.
ARDNŞ-yə görə isə ötən il ölkədə 43 mln 483 min 900 ton neft və kondensat hasil edilib.
ARDNŞ-də hesab edirlər ki, 2013-cü ildə ölkədə neft hasilatı 94,1 min ton artıb.
Turan Agentliyi ВР-yə müraciət edərək bu fərqi izah etməyi xahiş edib. Amma aydın cavab alınmayıb. Çünki BP-Azerbaijan təmsilçiləri bu hesabatın hazırlanmasında birbaşa iştirak etməyib. Hesabat hazırlayanlar öz mənbələrinə istinad edir.
Burda Azərbaycan tərəfinin də təqsiri var. Son 6-7 ildə əməliyyat şirkətləri üzrə ayrıca hesabat açıqlanmır. Əks təqdirdə şübhələr qalmazdı: kim haqlıdır – ВР, yoxsa Azərbaycan? Digər tərəfdən xaricdə bir çoxları ВР-yə istinad edir.
.