Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Nyu-York birjasında "Layt” markalı neftin bir barreli 0,02 dollar bahalaşaraq 55,93 dollar, London birjasında isə "Brent” markalı neftin bir barreli 1,82 dollar ucuzlaşaraq 59,24 dollar olub.
Dövlət Neft Şirkətindən AzərTAc-a verilən məlumata görə, "AzəriLayt” markalı neftin bir barreli London birjasında 0,48 dollar ucuzlaşaraq 61,91 dollar təşkil edib.
.