“Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur. Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər”, - deyə MN-dən qeyd edilib.

Ermənistan MN Qeqarkunik vilayətinin Verin Şorja kəndi (Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəd) yaxınlığında atışma baş verdiyini, Ermənistan tərəfdən bir, Azərbaycan tərəfdən isə iki hərbçisinin yaralandığı barədə məlumat yayıb.

.