“Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq”.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov brifinqdə bildirib.
“Həmçinin, ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakerli bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırılır”, - deyə Anar Eyvazov əlavə edib.
.