
Müqavilə ilə "Mursiya” klubuna məxsus olan İsrafilov ötən mövsüm olduğu kimi, yenə icarə əsasında oynayacaq. Belə ki, La Liqanın digər təmsilçisi - "Qranada”da çıxış edən təmsilçimiz orada qalmaq istəmədiyindən "Eybar”la anlaşıb.
Klublar arasında razılığa görə, Eddi 2015/16 mövsümünü "Eybar”da keçirəcək. Sabah futbolçu yeni klubu ilə rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, İsrafilov Azərbaycan yığmasında 1 oyun keçirib. O, Avro-2016-nın seçmə mərhələsində Malta (2:0) ilə ev oyununda meydançaya çıxmışdı..