İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi bəlli olub.
Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlayıb.
O bildirib ki, bu barədə qərarı İcraiyyə Komitəsi verib. Hazırlıq baxımından Azərbaycan millisi Samir Əliyevə həvalə olunub.
Qeyd edək ki, İslam Oyunları avqustda Konyada təşkil olunacaq.
.