Azərbaycan Milli Məclisi ATƏT Minsk Qrupunun qurumun Parlament Assambleyasında hesabat verməsi təklifi ilə çıxış edib və bu məsələni qurumun Bakıda keçiriləcək sessiyasının gündəliyinə salınmasını tələb edib.
APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin sədri Oqtay Əsədov çıxış edib.
"Biz ATƏT PA-dakı nümayəndə heyətimizə tapşıraq ki, qurumun yayda Bakıda keçiriləcək sessiyasına, o da olmasa, mütləq növbəti sessiyalarından birində Minsk Qrupunun hesabatının salınması məsələsini Azərbaycan adından qaldırsın. Artıq Minsk Qrupu öz fəaliyyəti barədə ATƏT PA-da hesabat versin”, - deyə spiker bildirib.
Təklif parlament tərəfindən dəstəklənib və qəbul olunub.
.