Azərbaycan otuz il ərzində Erməni millətçiləri tərəfindən işğal olunmuş ərazilərimizin azad olunması üçün Minsk qrupunun fəaliyyətində məsələnin həllinin nəticəsini hiss etmədi, həqiqətdə bu məsələnin dondurulması prosesinin getdiyinin şahidi oldu.

Aparılan danışıqlar nəticəsiz olduğundan Azərbaycan xalqının ümidləri tamtükənmişdi, bu vəziyyətlə barışmırdı və nəyin bahasına olursa –olsun öz doğma torpaqlarını işğalçılardan azad etmək yollarını axtarırdı.

2020-ci ilin sentyabr ayının 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dincsakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı iri miqyaslı növbəti hərbi təcavüzə başlamışdır.

Azərbaycan özvətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qalmışdır.
Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazibütövlüyünü bərpa etmişdir.

44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Ermənistan- Azərbaycan münaqişəsi sona çatmışdır.İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmişdir.

Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir vəqarət etmişdir. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılmışdır. Məscidlər inək və donquzların saxlanması yerlərinə çevrilmişdir.

Hazırda azadolunmuş ərazilərdə sürətli quruculuq işləri aparılır.

AzərbaycanErmənistanın işğalçılıq siyasəti üzündən 30 il müddətində həllini tapmayan münaqişəni qısa müddətdə hərbi-siyasi həllinə nail olaraq beynəlxalq hüquq normalarının və ədalətin bərpasını təmin edib.

Azərbaycan KP MİK Rəyasətheyəti qeyd edirki, heçbir tarixi və dövlətçilik ənənəsi olmayan, özgə torpaqları hesabına yaradılmış, daim təcavüzkar və soyqrımı siyasəti həyata keçirən birdövlətin yalançı maraqlarına xidmət edən "erməni soyqırımı" ifadəsi öz mənfi fəsadlarını tezliklə göstərəcək. Ermənistanın mövcud olduğu qısa bir tarix ərzində azərbaycanlılara qarşı dəfələrlə qətliamlar, soygırımlar, təxribatlar etdiyinin şahidi olmuşuq. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakıquberniyalarının müxtəlif bölgələrində azərbaycanlılara qarşı törətdikləri qırğın faktları sübut edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdirki: "İndi hərkəs, bütün dünya bilirki, müharibə dövründə Ermənistan döyüş meydanında bizə qarşı müqavimət göstərəbilmədiyi halda mülki əhalini atəşə tutub, hərbi cinayətlər törədib, qadağan edilmiş silahlardan, o cümlədən ağ fosforlu bombalardan istifadə edib. Bu artıq sübüt olunub. Uzaqmənzilli ballastik raketlərdən istifadə edib və bunun nəticəsində 100-dən çox mülki şəxs həlak olub və minlərlə fərdi ev və fərdisahibkarlıq obyekti dağıdılıb".

Birinci və ikinci Qarabağ müharibələrinin şəhidlərinin qəhrəmanlığı,  onların şücaəti və fədakarlığı torpaqlarımızın azadolunmasına xidmət etmişdir.

Bizi qələbəyə aparan təkcə hərbiçilərimizin peşəkarlığı, qəhrəmanlığı,hərbi texnikamız yox, bizi qələbəyə aparan Vətən sevgisi, Xalq – Ordu - Dövlət vəhdəti olmuşdur.

Azərbaycan KP MİK Rəyasətheyəti qeyd edirki, bizim şəhidlərimiz haqq yolunda, Vətən uğrun da həlak olublar. Onların qəhrəmanlığı nəticəsində bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Müstəqilliyini yenidən qazanmış Azərbaycan Respublikası ölkədə hüquqi və demokratik dövlətqu ruculuğunu həyata keçirir və milli tarixi dəyərlərini qiymətləndirir.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir!

27 sentyabr şəhidlərimizin anım günü kimi tariximizdə əbədi qalacaq!


 

.