Dünyada terrorçu dövlət kimi tanınan Ermənistanın hamiləri olan Avropanın bəzi dövlətləri və ABŞ artıq özlərinin daxili sirlərini gizlədə bilmirlər, terror təşkilatlarına köməkliklərini davam etdirirlər, Azərbaycana qarşı da davam etdirilən erməni təxribatlarının açıq-aşkar müdafiəsinə qalxıblar.
Azərbaycan xalqı tarixin müxtəlif dövrlərimdə ermənilərin törətdikləri terror, kütləvi qırğınların qurbanı olub. Erməni silahlı birləşmələri 30 ilə yaxın işğal altında saxladıqları
Qarabağın şəhər və kəndlərində, eləcə də digər bölgələrində onlarca qırğınlar, terror hadisələri törətmişlər. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Terrorçu ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar, səhər və kəndlərimizi xarabalığa çevirmişlər.
Ermənilər 44 günlük Vətən müharibəsi dövründə də öz terrorçu əməllərindən əl çəkmədilər və müharibə zonasından kənar əraziləri hədəf seçməklə çoxlu sayda mülki əhalinin həyatını itirməsinə səbəb oldular.
Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları və etnik təmizləmə kimi cinayətləri faktlarla öz təsdiqini tapsa da bu günə kimi rəsmi İrəvan törətdiyi cinayətlər və əməllərə görə özünü təqsirli saymır.
Ermənisran Fransanın bölgədə iştirakını təmin etməkdən ötrü mütəmadi olaraq Azərbaycanla sərhəddə tez-tez atəşkəsi pozurlar ki, yenidən hansısa missiya yaradılması adı altında Parisin bölgədə iştirakına nail olsunlar.
Fransa Senatında 2020-ci ilin 44 günlük müharibəsindən dərhal sonra Qarabağdakı seperatcı rejimin "müstəqilliyi"ni tanımağa aid qətmamə qəbul edilib.
ABŞ, Fransa və bəzi qərb dövlətlərinin marağı Türkiyəyə, Suriya və Yunanıstana qarşı yeni bir cəbhə açmağa yönəlib. Belə bir vəziyyətdə Azərbaycan dövlətinin taktikası düzgün müəyyənləşdirilib ki, Qərbin respublikamıza qarşı mənfi təsirlərini neytrallaşdırmaq üçün qonşu Rusiya ilə əlaqələrin daha da möhkəmlənməsinə nail olsun.
Ermənistan istəyir ki, Fransa bölgədə mövqelərini möhkəmlətsindən ötrü ona şərait yaratsın.
Praqada keçirilən ciddi görüşün əsas məqamı ondan ibarət idi ki, məhz Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanısın. Ərazi bütölüyünün tanınması gələcəkdə istər delimitasiya, demarksiya və s. gələcəkdə sülh müqaviləsinin imzalanması ücün zəmin yaradır. Azərbaycanın son məqsədi sülhə nail olmaqdır.
Azərbaycanın əraziləri erməni işğalçılar tərəfindən işğal ediləndən sonra keçən 30 ildən artıq vaxtda ATƏT-in Minsk qrupunun həmsədri Fransanın məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması olub. 44 günlük müharibədə Azərbaycan xalqının "Qarabağ problemi"ni Rəşadətli Ordumuzun birdəfəlik həll etməsini qəbul edə bilməyən
Fransa prezidenti Makron "France 2" telekanalının efirində Rusiuanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Azərbaycan və Ermənistan arasında son toqquşmaları qəsdən etməkdə ittiham etdi: " 5 min rus əsgəri guya sərhədi (Ermənistan sərhəddini) qoruyur, ancaq ruslar bu konflikdən istigadə edərək, bir neçə əsrdir ki, Azərbaycan oynunu oynayır və vaxtı ilə yaxın olduqları Ermənistanı zəiflətməyə qayıdıb.
Görürsünüzmü nə baş verir? Bu Rusiyanın vəziyyəti destabilizasiya etmək cəhdidir. O, Qafqazda qarışıqlıq yaratmaq istəyir ki, bizim hamımıza qeyri sabitlik gətirsin".
Ölkə Prezidenti İlham Əliyev Astanada kecirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlər Başçıları Şurasının iclasında çıxışı zamanı deyib: "Təəssüf ki, Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, - Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur, bəli ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yox idi, özü də bu xidmətlər, artıq dediyim kimi əgər belə demək mümkündürsə, faydadan daha çox ziyan gətirən xidmətlər idi, Minsk qrupu heç bir iş görməyib, ərazimizin bir santimetr torpağı azad edilməmişdi, - Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi".
Azərbaycanın xoş məramlı niyyətinə Fransa Prezidenti, Fransanın Xarici İşlər Naziri yalan, təxribat xarakterli bəyanatları ilə şıxışlar edirlər, bəyanatlar verirlər.
Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyəti Fransa Prezidentinin və Xarici İşlər Nazirinin Azərbaycanın haqq işi uğrunda mübarizəsinə- torpaqlarının işğalçı erməni hərbi birləşmələrindən təmizləməsinə qarşı çıxan Fransa rəsmilərinin verdikləri bəyanatları rədd edir, pisləyir, bundan sonra Fransa hökumətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında rol oynamasına qarşı etirazımızı bildiririk!
Azərbaycan ədalətli sülhün tərəfdarıdır!
Hacı Hacıyev
Azərbaycan Kommunist Partiyası
Mərkəzi İcraiyyə Komitəsinin sədri
