Azərbaycan karateçiləri Qırğızıstanın Bişkek şəhərindəki “Bishkek Open” beynəlxalq turnirində medallar qazanıblar.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən  verilən məlumata görə, idman karatesi üzrə yığmanın üç üzvü fəxri kürsüyə qalxıb.

Kumite yarışlarında böyüklər arasında Aslan Dostuyev (67 kq) qızıl, 16-17 yaşlı gənclər arasında Rauf İmanov (61 kq) gümüş, Ömər Əliyev (30 kq) 10-11 yaşlı uşaqlar arasında bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, turnirdə 1000-ə yaxın idmançı iştirak edib.

.