Azərbaycan-İran sərhədində növbəti gərginlik yaranıb.
Dünəndən etibarən Biləsuvar sərhəd-buraxılış məntəqəsindən qarşı tərəfə gediş-gəliş İran tərəfindən tamamilə dayandırılıb. Hazırda 200-dən çox nəqliyyat vasitəsi və mindən çox Azərbaycan vətəndaşı sərhədi keçmək üçün növbəyə dayanıb.
Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin rəis müavini Mirrafiq Mirsultanov APA-ya açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, İran tərəfi keçidi dayandırmasına heç bir səbəb göstərmir. Qarşı tərəflə görüşə cəhd göstərilsə də, hələlik heç bir nəticə alınmayıb.
.
