Bu ilin yanvar-may aylarında xarici müəssisə və təşkilatlar Azərbaycanda əsas kapitala 1 milyard 946,2 milyon manat vəsait yönəldib.

Dövlət Statistika komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 % azdır.

Beş aylıq investisiya qoyuluşunun 1 milyard 752,5 milyon manatı (90 %-i) Böyük Britaniya, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Virgin adaları, Norveç, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.

.