Bu ilin may ayının 1-nə Azərbaycanın bank sektorunun kredit qoyuluşları 14 742,2 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB)  verilən məlumata görə, bu göstərici son bir ayda 490,5 mln. manat və ya 3,2% azalıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 2 067,4 mln. manat və ya 16,3% artıb
 

.