"Azərbaycan Avropa Şurasının konvensiyalarının böyük əksəriyyətini ratifikasiya edib, bununla əlaqədar Azərbaycanı təbrik edirəm. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər də qəbul etmişik”. Yenizaman.az xəbər verir ki, bu sözləri Avropa Şurasının Parlament Assambleyasının prezidenti Anne Brassör Bakıda keçirdiyi mətbuat konfransında deyib.
A. Brassör Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə, parlament və QHT nümayəndələri ilə görüşdüyünü və bu gün Azərbaycan xarici işlər naziri ilə də görüşəcəyini söyləyib.
A. Brassör bildirib ki Azərbaycanda insan hüquqları sahəsində problemlər mövcuddur: "Bir necə həftə əvvəl müraciət etmişdim ki, həbsdə olan məhbuslar, eləcə də İlqar Məmmədovla görüşüm. Amma bu görüş alınmayıb. Gələn dəfə Azərbaycana səfər etdikdə onlar yenə həbsdə olsa, mən yenə də onlarla görüşməyə çalışacağam”.
Mətbuat konfransında Anne Brassöra Azərbaycanda mövcüd olan digər problemlərlə də bağlı jurnalistlər sual veriblər. Konfransda iştirak edən "Novoye Vremya” qəzetinin müxbiri Namiq Cəfərli Avropa Şurasının Parlament Assambleyasının prezidentinin Azərbaycanda QHT və Partiyaların qeydiyyat məsələlərində Ədliyyə Nazirliyi tərəfindən bürokratik əngəllərin yaradılmasını diqqətinə çatdırıb. N.Cəfərli qeyd edib ki, Azərbaycanda tək insan haqları və söz azadlığı kobud səkildə pozulmur. Eyni zamanda QHT və Partiyaların qeydiyyata alınmasında da ciddi problemlər mövcuddur. Məsələn "Yeni Zaman” Partiyası artıq 7 ildir ki, Ədliyyə Nazirliyi tərəfindən məlum olmayan səbəbdən qeydiyyata alınmayıb. Buna baxmayaraq "Yeni Zaman” Partiyası Azərbaycanda partiyanın qeydiyyata alınması üçün bütün məhkəmə instansiyalarını keçib. Hal hazırda isə partiyanın qeydiyyata alınması üçün Avropa İnsan Haqları Məhkəməsinə 4 ildir ki, müraciət olunub. Təəsüf ki, Avropa İnsan Haqları Məhkəməsi "Yeni Zaman” Partiyasının qeydiyyata alınması istiqamətində hər hansı bir qərar qəbul etməyib. Sonda Namiq Cəfərli "Yeni Zaman” Partiyası ilə bağlı toplanmış faktları və o cümlədən materialları Avropa Şurasının Parlament Assambleyasının prezidenti Anne Brassöra təqdim edib.
A.Brassöra sənədləri qəbul etdikdən sonra "Yeni Zaman” Partiyasının qeydiyyata alınması məsələsini diqqətdə saxlayacağını söz verib.
.