Bu gün Naxçıvan Muxtar Respublkasında Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə idarələri rəhbərlərinin üçtərəfli görüşü olacaq.
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Azərbaycana yola düşməzdən öncə bildirib ki, bu görüş çoxdan hazırlanırdı və təşəbbüsü hələ ötən il Gürcüstan tərəfi irəli sürüb.
Bu, üç nazirin ilk rəsmi görüşü olacaq. Görüş zamanı bəzi sazişlər müzakirə olunaraq qəbul ediləcək. Əsasən sənədlər hərbi eskalasiya zamanı kommunikasiya infrastrukturunun, xüsusilə neft-qaz kəmərlərinin və dəmir yolunun qorunması məqsədilə üç ölkənin fəaliyyətinin planlaşdırılmasına aiddir.
Alasaniya deyib ki, bu, kiməsə qarşı addım deyil. "Əksinə, belə sazişlər regional sabitlik üçün dayaq yaradır”, - o vurğulayıb.
.
