2022-ci ildə Azərbaycanda əsas kapitala 18,476 mlrd. manat həcmində investisiya cəlb olunması proqnozlaşdırılır. Bu, cari ilin gözlənilən göstəricisi ilə müqayisədə 3,4% çoxdur.

Bu, Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.

Sözügedən məbləğin 13,141 mlrd. manatının daxili, 5,335 mlrd. manatının isə xarici investisiyaların payına düşəcəyi güman edilir.

2022-2025-ci illər üzrə investisiya proqnozları:

Göstəricilər, manat

2022-ci il

2023-cü il

2024-cü il

2025-ci il

Ümumi investisiyalar

18,476 mlrd.

19,351 mlrd.

20,326 mlrd.

21,389 mlrd.

Daxili investisiyalar

13,141 mlrd.

14,528 mlrd.

15,219 mlrd.

16,249 mlrd.

Xarici investisiyalar

5,335 mlrd.

4,823 mlrd.

5 106 mlrd.

5,140 mlrd.

.