2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 912 milyon manat və yaxud 1 125 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub.

Maliyyə Nazirliyinin məlumatına görə, bu, gələnilki büdcə xərclərinin 6,6 faizi deməkdir.

2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 13 faiz azalacaq.

.