"Azərbaycan ordusu Ermənistanın döyüş mövqelərini atıcı silahlardan və artilleriya qurğularından atəşə tutmağa başlayıb. Azərbaycan ordusu qrantamyotlardan, minaatanlardan, zenit qurğularından, termobarik qranatlardan atəşə tutur”.
Virtualaz.org saytı erməni nəşrlərinə istinadən xəbər verir ki, bu bəyanatla bu dəqiqələrdə Ermənistanın Müdafiə Nazirliyi çıxış edib.
Qeyd edək ki, bu gün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının Publika.az-a verdiyi məlumata görə, bütün cəbhə xətti boyunca əlavə hərbi texnika yığılır. Bu, müdafiə naziri Zakir Həsənovun əmri ilə planlı şəkildə həyata keçirilir.
Nazir, sözçüsü daha sonra bildirib ki, bütün vəziyyət nəzarətindədir, narahatçılığa əsas yoxdur, lazımi tədbirlər görülür.
