Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun vertolyotunu vurub.
Bu barədə "Qafqazinfo”ya məlumat cəbhə bölgəsindən daxil olub.
Məlumata görə, bu dəqiqələrdə cəbhənin Ağdam istiqmaətində, Çəmənli kəndinin ərazisində hava sərhədini pozan rmənistan tərəfinə məxsus vertolyot vutulub.
O, Azərbaycan ordusunun nəzarət etdiyi əraziyə düşüb və hazırda ərazidə tüstüləyir.
Azərbaycanın Müdafiə Nazirliyindən faktı "Qafqazinfo”ya təsdiqləyiblər.
Gunxeber.com-a cəbhə bölgəsindən daxil olan məlumata görə, düşmən vertolyotu Ağdam rayonunun Eloğlu və Çəmənli kəndlərinin arasında vurulub. Verolyot hava məkanımızı pozub və bir raket atəşi ilə vurularaq neytral əraziyə düşüb.
.