Sentyabrın 4-də Uelsdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ dövlət katibi Con Kerri arasında üçtərəfli görüşü olub.
Yenizaman.az-ın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Uelsin Nyuport şəhərində keçirilən NATO sammitində iştirak edir.

***

ABŞ dövlət katibi Con Kerri NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək. APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Dövlət Departamentindən bildirilib ki, C. Kerri bu gün Uelsdə davam edən NATO sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüş keçirəcək.
.