Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində 54,591 mln. manat dəyərində çörək məhsulları alıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,6% çoxdur.

Qeyd edək ki, təkcə cari ilin II rübündə əhali pərakəndə ticarət şəbəkəsində 28,321 mln. manatlıq çörək məhsulları istehlak edib ki, bu da illik müqayisədə 16,7%, rüblük müqayisədə isə 7,8% çoxdur.

.