Bu ilin yanvar-avqust aylarında Azərbaycan dövlәt büdcәsinin gәlirlәri 15 954,7 mln. manat, xәrclәri isə 16 356,2 mln. manat tәşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, büdcәnin icrasında 401,5 mln. manatlıq vә ya ÜDM-in 0,9%-i qәdәr kәsir yaranıb. Ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirləri 7,7%, xərcləri 11,2% artıb.

Qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında dövlət büdcəsinin icrasında 98,1 mln. manatlıq profisit yaranmışdı.

.