
bl.eeg/ergrefr/error.jpg
Belə ki, millimizin liderlərindən Orxan Səfərov 60 kq çəki dərəcəsində birinciliyi ələ alıb. Bakı-2015-in gümüş mükafatçısı ən yaxşın izləyicisi Boldbaatar Qanbatı (Monqolustan) 39 xal qabaqlayır. Onun kimi Rüstəm Orucov da siyahıya başçılıqbl.eeg/ergrefr/error.jpg etməyə başlayıb. 2036 reytinq xalı olan həmyerlimiz 73 kq çəki dərəcəsində əsas rəqibi israilli Saqi Mukini 324 xal geridə qoyub.
bl.eeg/ergrefr/error.jpg
Səfərovla Orucovdan fərqli, Elmar Qasımov (100 kq) mövqeyini əldən verib. Bakı-2015-də millimizin bayraqdarı olan cüdoçu ikinci pilləyə enib.
bl.eeg/ergrefr/error.jpg
Komandamızın digər üzvlərinə gəlincə, Nicat Şıxəlizadə (66 kq) 1 rəqibini arxada qoyaraq, 8-ci yerə qalxıb. Həmçinin Tərlan Kərimov (66 kq), Ramin Qurbanov (90 kq), Elxan Məmmədov (100 kq) və Uşqanqi Kokauri (+100) mövqelərini qoruyublar. Onlar yenə müvafiq olaraq, 37-ci, 45-ci, 13-cü və 38-cidi.
bl.eeg/ergrefr/error.jpg
Həmyerlilərimizdən İlqar Müşkiyevlə (60 kq) Kifayət Qasımova (57 kq) isə geriləyənlər sırasındadı. Onlar müvafiq olaraq, 19-cu (-2) və 45-ci pilləyə eniblər.
bl.eeg/ergrefr/error.jpg
Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir. .