2022-ci ildə Azərbaycan dövlət büdcəsinə Dövlət Vergi Xidməti (DVX) və Dövlət Gömrük Komitəsi (DGK) üzrə müvafiq olaraq 8,820 mlrd. manat və 4,260 mlrd. manat vəsaitin daxil olacağı proqnozlaşdırılır.
"APA-Economics"in Maliyyə Nazirliyinin 2022-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrinə istinadən verdiyi məlumata görə, nəticədə, 2022-ci ildə ümumilikdə vergi və rüsumlardan 13,026 mlrd. manat vəsaitin dövlət büdcəsinə daxil olacağı nəzərdə tutulub. Bu, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 3,3% çoxdur.
Azərbaycan dövlət büdcəsinə DVX və DGK xətti ilə proqnozlaşdırılan daxilolmaların strukturu:
|
Vergi və rüsümlar üzrə daxilolmalar, mln. manat |
2022-ci il üzrə icra proqnozu |
2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisə |
|
Dövlət Vergi Xidməti |
8 820 |
4,5% |
|
Fiziki şəxslərin gəlir vergisi |
1 485 |
16,9% |
|
Hüquqi şəxslərin mənfəət vergisi |
2 670 |
- |
|
Əlavə dəyər vergisi (ƏDV) |
2 368,7 |
7,6% |
|
Sadələşdirilmiş vergi |
200 |
30,6% |
|
Aksizlər |
1 106,8 |
23,4% |
|
Hüquqi şəxslərin əmlak vergisi |
236 |
11,9% |
|
Mədən vergisi |
142 |
2,9% |
|
Hüquqi şəxslərin torpaq vergisi |
46 |
2,2% |
|
Dövlət rüsumu |
363,5 |
2,1 dəfə |
|
Yol vergisi |
76,5 |
3,4% |
|
İcarə |
9 |
12,5% |
|
Topdansatış qiymət arasındakı fərq |
95,4 |
11,7% |
|
Sair daxilolmalar |
21,1 |
- |
|
Dövlət Gömrük Komitəsi |
4 260 |
2,3% |
|
Gömrük rüsumu |
1 150 |
2,7% |
|
ƏDV |
2 910 |
2,1% |
|
Aksizlər |
160 |
3,2% |
|
Yol vergisi |
40 |
0% |
|
CƏMİ |
13 026 |
3,3% |
