Bu ilin əvvəlindən Azərbaycan Rusiyaya 28,7 min ton pomidor tədarük edib.

Bu barədə  Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir.

Martın 23-nə olan vəziyyətə görə, Azərbaycan 23 % payla Rusiyaya pomidorun iki ən böyük tədarükçüsündən biridir.

Ümumilikdə, Rusiya ilin əvvəlindən 124,9 min ton pomidor idxal edib, ən böyük tədarükçü isə təxminən 30 min tonla Türkmənistandır.

.