Azərbaycan dələduzluqda təqsirli bilinərək beynəlxalq axtarışa verilən İran vətəndaşı İmani Ali Abdollahı Özbəkistana təhvil verib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, İmani Ali Abdollah 2025-ci ildə Azərbaycanda müəyyən edilərək həbs edilib.
Təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.
.
